İQTİSADİYYAT


“Bakubus” iş şəraitini nümayiş etdirib

“BakuBus” MMC-nin istehsalat bazasına mediatur təşkil edilib.Bildirilib ki, “Bakubus”ın qarajı 24 saat fəaliyyət göstərir. Avtobuslar buradan fəaliyyətə başlayır. İş saatı səhər saat 06:00-dan 00:00-a qədərdir. Sürücülər səhər saat 04:30-da qaraja gəlirlər. Burada yoxlanışdan keçdikdən sonra avtobusları mexanikdən təhvil alırlar. Gün ərzində “BakuBus” avtobusları xəttə çıxmazdan əvvəl və qaraja qayıdarkən texniki baxışdan keçirilir. Əgər avtobuslarda hər hansı bir nasazlıq aşkar edilsə, nəqliyyat vasitəsi təmir mərkəzinə gətirilir.