İQTİSADİYYAT


İlin sonunadək Bakıdan Qəbələyə dəmir yolu ilə getmək mümkün olacaq

“Azərbaycan Dəmir Yolları” QSC Ləkidən Qəbələyə çəkilən dəmir yolunu bu ilin sonunadək istismara verməyi planlaşdırır.
Bu layihə çərçivəsində aparılan tikinti işlərinin artıq 82 faizi tamamlanıb. Qəbələyə çəkilən biryollu xətt öz başlanğıcını Bakı-Böyük Kəsik dəmir yolu xəttinin “Ləki” stansiyasından götürür. Yeni salınmış dəmir yolu xəttinin yan yollarla birlikdə ümumi uzunluğu 44,5 kilometr təşkil edir.