Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabadlı fermer sınaq məqsədilə əkdiyi darı sahəsini gələn il daha da genişləndirəcək

18.09.2020 [12:04]

Xəbərin mətni

Əvvəllər onu “qızıl dən” adlandırırdılar. Zəngin tərkibinə görə beyin inkişafı, saç tökülməsi və dəri üçün olduqca faydalı olan bu bitkidən demək olar ki, Azərbaycan mətbəxində istifadə edilmir. Söhbət darı bitkisindən gedir. Cəlilabadda ilk dəfə olaraq sınaq məqsədilə əkilən 2 hektarlıq darı sahəsinin növbəti ildən genişləndirilməsi nəzərdə tutulub.