CƏMİYYƏT


Alınan malları hansı hallarda qaytarmaq olar?

Son zamanlar bir sıra ticarət obyektlərində “Alınan mallar geri qaytarılmır” kimi lövhələrin asılması halları müşahidə olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, istehlakçı aldığı malda zəmanət müddəti ərzində qüsur, saxtalaşdırma aşkar edərsə, malı dəyişdirə və ya qaytara bilər. Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Günel Bəhramqızı yaranan suallara aydınlıq gətirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır