CƏMİYYƏT


Bu bağda alma, armud, gilas və nektarinlə yanaşı, 20 növ tərəvəz-bostan da becərilir

Bir həftədir alma bağlarında yığıma başlamışıq. Məhsulumuz boldur. Hazırda “Golden” sortunu toplayırıq. Ardınca “Startgimson” və “Simerenko” sortlarını yığacağıq. Satışla bağlı problemimiz yoxdur. Müştərimiz var. Hər il bizim meyvənin 80 faizi Rusiya bazarlarına göndərilir. Qalanı isə yerli bazarlarda satılır. Pandemiya dövrü olsa da, məhsulumuzu xarici bazara çıxarmaqda problem yoxdur. Almadan əvvəl gilas və gavalı bağlarının məhsulunu Rusiyaya göndərmişik.Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində qubalı fermer Musa Abibov söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır