İQTİSADİYYAT


Fermerlərə şad xəbər

Ölkəmizdə aqrar sahəyə olan dövlət dəstəyi nəticəsində son zamanlar sürətlə inkişaf edən kənd təsərrüfatı sektoruna öz töhfəsini vermək məqsədilə gubre.az aqrar ticarət şəbəkəsi gübrə qiymətlərini endirib. “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-dən AZƏRTAC-a bildiriblər ki, şirkət taxıl əkən fermerlərin gübrəyə olan ehtiyaclarını ödəmək və daha çox taxıl sahəsini gübrə ilə təmin etmək, nəticədə fermerlərimizin daha yüksək məhsuldarlıq əldə edə bilməsi üçün ammofos gübrələrinin qiymətini 48,5 manatdan 46,5 manata endirib. Artıq fermerlərimiz gubre.az satış nöqtələrində ammofos gübrəsinin 1 kisəsi üçün 13.95 manat nağd, 32,55 manat isə dövlət subsidiyası hesabına ödəməklə əldə edə bilər.