Hikmət Hacıyev: Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanda hərbi vəziyyət elan edilib
27.09.2020 [19:09]
Xəbərin mətni
Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar Prezident İlham Əliyevin Fərmanına əsasən ölkəmizdə hərbi vəziyyət elan edilib.AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 27-də Azərbaycan Respublikası Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.