Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin köməkçisi: Ermənistan çətin vəziyyətə düşdükdə mülki əhalini hədəfə alır

28.09.2020 [11:34]

Xəbərin mətni

Dünən səhər saat 06:00 radələrində Ermənistan silahlı bölmələri kəndlərimizə hücum edib. Ermənistanın təxribatından sonra əks-hücum əməliyyatı həyata keçirilib. Hazırda qoşunların təmas xətti boyu əməliyyatlar davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 28-də ölkəmizdəki diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI