SİYASƏT


Mustafa Şəntop:Ermənistanın dövlət terroruna ortaq olanlar bilməlidir ki, Azərbaycan Türkiyə üçün dost bir ölkə, sadəcə yaxın coğrafiya deyil

Bütün dünya, xüsusən də Ermənistanın dövlət terroruna ortaq olanlar bilməlidir ki, Azərbaycan Türkiyə üçün dost bir ölkə, sadəcə yaxın coğrafiya deyil. Eyni zamanda könül coğrafiyasıdır, tale coğrafiyasıdır. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib. O qeyd edib ki, Türkiyə hər zaman maddi, mənəvi bütün gücü ilə Azərbaycanın yanındadır və bir an belə tərəddüd etmədən hər zaman yanında olmağa davam edəcəkdir.