Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada Türkiyə-Azərbaycan həmrəylik tədbiri keçirilib

30.09.2020 [10:41]

Xəbərin mətni

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) təşkilatçılığı ilə Ankarada Türkiyə-Azərbaycan həmrəylik tədbiri keçirilib.AZƏRTAC xəbər verir ki, YTB-nin inzibati binasında keçirilən tədbirdə rəsmi şəxslər, diplomatlar, ziyalılar və tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyə şəhidlərinin ruhuna Qurani-Kərimdən ayələr oxunub. Sonra iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI