Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin daha bir texnikası ələ keçirilib

01.10.2020 [12:24]

Xəbərin mətni

Ermənilərin daha bir texnikası ələ keçirilib.AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan Ordusu qarşısından geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçırlar. Hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir texnikasını - URAL markalı hərbi maşınını qənimət olaraq ələ keçirib.Maşının içində erməni əsgərinə məxsus papaq aşkar edilib. Texnika işlək vəziyyətdədir.Qeyd edək ki, daha əvvəl düşmənin 1 URAL və 1 UAZ markalı hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI