CƏMİYYƏT
VAZ dairəsindən Sumqayıta qədər olan yol təmir edilir
Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin aparılmasına start verilib. Ölkə başçısının sərəncamına əsasən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-30-cü km-lik hissəsində aparılan təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yeni yol əsası inşa edilir. Yeni yol əsasının inşasının aparıldığı ərazilərə hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.