SİYASƏT


Azərbaycana dəstək məqsədilə İstanbulda mitinq keçirilib

İstanbulun mərkəzi və ən çox turist qəbul edən bölgələrindən biri olan tarixi Bəyazıt Meydanında qardaş Azərbaycan Ordusuna dəstək və düşmən üzərində qələbəni qeyd etmək məqsədilə möhtəşəm mitinq keçirilib.
AZƏRTAC xəbər verir ki, “Ya Qarabağ, ya ölüm” şüarı ilə keçirilən aksiya İstanbul Universitetinin Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır