SİYASƏT


Azərbaycan səfiri: Torpaqlarımız azad olandan sonra danışıqlar mümkündür

Torpaqlarımız azad olandan sonra danışıqlar mümkündür. Bu fikirlər Fransanın TV5 Monde televiziya kanalında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevlə aparılan sual-cavabda səslənib.
“Bu gün müharibədir. Münaqişə yox, əsil müharibədir. Azərbaycan üçün Vətən müharibəsidir.
Azərbaycanın əks -hücum müharibəsinin məqsədi 1992-ci ildən işğal olunan torpaqlarımızı azad etməkdir. 1992-ci ildən Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. BMT təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi var ki, onların hər biri erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb edir”,-deyə səfir vurğulayıb.