Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada 850 şagird yerlik yeni məktəb binası tikilir

05.10.2020 [17:32]

Xəbərin mətni

Quba rayonunun Zərdabi qəsəbəsində inşa olunan 850 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Bayram Şixəmirov adına tam orta məktəb üçün tikilən yeni bina üçmərtəbəlidir.
Hazırda təhsil ocağının binasında hörgü və suvaq işləri aparılır. Beş korpusdan ibarət məktəbdə sinif, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, laboratoriyalar, idman, akt, oxu zalları, kitabxana və yeməkxana olacaq.

Bölmənin digər videoları