CƏMİYYƏT


“Evimin dağılması məni sarsıtmır, əsas odur ki, torpaqlarımız azad olunsun” - AZƏRTAC düşmənin hədəfə aldığı Mingəçevirdən xəbər verir

Sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və kəndlərini mütəmadi atəşə tutmaqla, dinc sakinlərin əmlaklarına və infrastruktura ciddi ziyan vurur.