CƏMİYYƏT


Erməni hərbçilərinin müharibə cinayətləri davam edir – Bərdədən görüntülər

Erməni silahlı qüvvələri bu gün yenidən Beyləqan, Bərdə və Tərtər şəhərlərində dinc sakinləri hədəf alıb.AZƏRTAC-ın Bərdəyə ezam olunmuş müxbiri xəbər verir ki, erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirir. Artilleriya atəşi nəticəsində dinc sakinlərin evləri dağılır, infrastruktura ciddi ziyan dəyir.