SİYASƏT


Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması tarixi ədaləti təmin edəcək

İşğal altındakı torpaqlarımızın geri alınması ilə bağlı əməliyyat plan üzrə gedir. Bu günə qədər qarşımızda duran bütün vəzifələr icra edilib. Azərbaycan Ordusu uğurla irəliyə gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir.AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində məlumat verib.