SİYASƏT


Çində yaşayan azərbaycanlılar yerli ictimaiyyəti Ermənistanın təxribatı barədə məlumatlandırırlar

Çində yaşayan və təhsil alan azərbaycanlılar, habelə bu ölkənin ali təhsil ocaqlarının məzunu olan vətəndaşlarımız Çin ictimaiyyətinin Ermənistanın təxribatları, ümumilikdə Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə məlumatlandırılması istiqamətində fəal iş aparırlar.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Çin dilində xüsusi video hazırlanaraq “Weibo”, “Wechat” və “Douyin” kimi Çinin sosial şəbəkələrində və video platformalarında paylaşılıb.