SİYASƏT


Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edib

Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edib. Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərən düşmənin pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal məhv edilib.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 8-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.