CƏMİYYƏT


Düşmənin artilleriya atəşinə tutduğu Goranboyun Şahməmmədli kəndindən REPORTAJ

Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyərək qaçan Ermənistan hərbçiləri dinc sakinləri, yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə evlərə, mülki obyektlərə, dinc əhalinin əmlakına, infrastruktura külli miqdarda ziyan vurulur.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, oktyabrın 8-də səhər saatlarında düşmən yenidən Goranboy rayonunu artilleriya atəşinə tutub. Nəticədə rayonun bir neçə kəndində evlərə və mülki obyektlərə ziyan dəyib.