Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstan KİV-ləri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə məlumatlandırılıb

09.10.2020 [11:32]

Xəbərin mətni

Azərbaycanın Qazaxıstandakı səfirliyində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, cəbhədə baş verən son hadisələr, ölkəmizin mülki vətəndaşlarının qətlə yetirilməsi, ərazilərimizin Ermənistan tərəfindən raketlərlə vurulmasına dair yerli KİV nümayəndələri üçün brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə ölkənin 40-dan çox müxtəlif televiziya kanalı və informasiya agentliyinin rəhbər şəxsləri və ya nümayəndələri, politoloq və ekspertlər iştirak ediblər.