CƏMİYYƏT


Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrinə qadağan olunmuş bombalar atır

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Dinc əhalini və mülki infrastrukturu hədəfə alan düşmən Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə mərmilər və qadağan olunmuş bombalar atır.AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, düşmən Goranboy rayonunun kəndlərini və yaşayış məntəqələrini də qadağan olunmuş raketlərdən atəşə tutur. Həmin raketlərin birinin bombleti rayonun kəndlərinin birinin ərazisində aşkarlanıb.