“France 24” kanalı Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulması ilə bağlı reportaj yayımlayıb
14.10.2020 [10:43]
Xəbərin mətni
Fransanın “France 24” televiziya kanalı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə bağlı reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış binaların, yaxınlarını itirmiş insanların görüntüləri təqdim olunur.
Kanalın Gəncədən hazırladığı reportajda jurnalist dağıntılar altından sağ çıxan insanlarla söhbət etdiyini, raketin gecə saatlarında yaşayış binalarının üzərinə düşdüyünü diqqətə çatdırır.