SİYASƏT


Prezident İlham Əliyev: Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı Ermənistanın göstərdiyi cəhdlər onların özləri üçün zərərlidir

Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir. Çünki heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda bu cəhdlər səmərəsiz qalacaq.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikri Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində səsləndirib.