SİYASƏT


Prezident İlham Əliyev: Dağlıq Qarabağda yaşayan ermənilər bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil

Azərbaycan xalqı çox xeyirxah xalqdır. Məhz ona görə Azərbaycanda onlarla digər xalqların nümayəndələri yaşayırlar, sülh, ləyaqət içində yaşayırlar. Odur ki, mən tam əminəm, ermənilər və azərbaycanlılar o bölgələrdə bir yerdə yaşaya bilərlər. Necə ki, bu gün Azərbaycanın digər yerlərində, necə ki, məsələn Gürcüstanda. Gürcüstanda 300 mindən çox azərbaycanlı və təqribən 200 minə yaxın erməni əhali var. Bəzi kəndlərdə onlar bir yerdə yaşayırlar, bir kənddə. Onların arasında hər hansı bir problem yoxdur. Niyə də bunu burada edə bilmərik?

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır