SİYASƏT


Prezident: Bu gün azad etdiyimiz şəhərlər, kəndlər Paşinyana və onun kimlərə bizim ən gözəl cavabımızdır

Paşinyanın Şuşada sərxoş vəziyyətdə rəqs etməsi və digər təhqirləri, həqarəti Azərbaycan xalqını haqlı olaraq hiddətləndirdi. Biz onun bu hərəkətlərinin heyfini bu gün döyüş meydanında alırıq, əvəzini çıxırıq. Azərbaycan əsgəri döyüş meydanında göstərir ki, kim haqlıdır, kim haqsızdır. Biz gücümüzü, xalqımızın iradəsini döyüş meydanında göstəririk. Paşinyanın digər təxribatları da cavabsız qalmır və qalmayacaq. Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Şəhidlərimizin qanı yerdə qalmır və qalmamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır