SİYASƏT


Prezident İlham Əliyev: Türkiyənin savaşda iştirakı, hansısa xarici güclərin buraya gətirilməsi tamamilə yalandır

Türkiyənin hərbi əməliyyatlarda iştirakı, yaxud da hansısa xarici güclərin buraya gətirilməsi tamamilə yalandır. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır