İQTİSADİYYAT


Xaçmazda Fransadan gətirilən arpa və buğda sortlarının əkin sahəsi iki dəfə artırılıb

Xaçmazda Fransadan gətirilən arpa və buğda sortlarının əkin sahəsi iki dəfə artırılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin sahəsində buğdanın “Renan” və “Barok”, arpanın isə “Ramata” növləri becərilir.Layihə Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən birgə həyata keçirilir. Fransa şirkəti ilə bağlanmış müqavilə əsasında aparılan sınaq əkinlərinin əsas məqsədi yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir.