Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyəti Ermənistanın cinayət əməllərini kəskin şəkildə qınamağa çağırırıq
17.10.2020 [22:49]
Xəbərin mətni
Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və bu ölkənin əməllərinin qınanmaması onu yeni cinayətlər törətməyə sövq edir.AZƏRTAC xəbər verir ki, bu fikri diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Gəncədə keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.