Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin hərbi hissəsi ələ keçirilib
18.10.2020 [12:26]
Xəbərin mətni
Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Bölmələrimiz cəbhə boyu bütün istiqamətlərdə üstünlüyü əldə saxlayır