CƏMİYYƏT


Gəncədə erməni terrorundan əziyyət çəkən insanlarla görüş

Oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə erməni terrorundan əziyyət çəkən insanlarla görüşüb.AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub, dağılmış evlərə və mülki obyektlərə baxıb.