CƏMİYYƏT


Türkiyənin Baş Ombudsmanı Gəncədə erməni vəhşiliyi ilə tanış olub

Ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 22-də Gəncəyə səfər edib.AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, Şərəf Malkoç cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının dağıtdığı evlərə baxıb, erməni terrorunun izləri ilə tanış olub.