ELM VƏ TƏHSİL


Qusarın üç kəndində yeni modul tipli məktəblər quraşdırılır

Qusar rayonunun Qullar kəndində yeni modul tipli məktəb quraşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş sinif və müəllimlər otağından ibarət məktəbin tikintisinə bir ay əvvəl başlanılıb. Qullar kəndində 80 ailə yaşayır. Kənddəki yeni tədris ocağında 40 şagirdin təhsil alması üçün şərait yaradılacaq.