İQTİSADİYYAT


Yeni Susay-Xınalıq avtomobil yolunda tikinti işləri davam etdirilir

Uzunluğu 24 kilometr olan Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq 30 kilometr uzunluğa malik Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə yerləşən Qrız kəndinin avtomobil yolunun tikintisi işləri davam etdirilir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə üzrə tikinti işləri IV texniki dərəcəyə uyğun aparılır. Susay-Xınalıq marşrutu üzrə yeni yol yatağı inşa edilir.