MƏDƏNİYYƏT


Vətənsevərlik ruhunun yüksəldilməsi məqsədilə videoçarx hazırlanıb

Müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən müzəffər ordumuzun zəfər yürüşünə dəstək olaraq cəmiyyətdə vətənsevərlik ruhunun inkişafı və daha da yüksəldilməsi məqsədilə daha bir videoçarx hazırlanıb.AZƏRTAC xəbər verir ki,videoçarxda istedadlı gənc xanəndə Kənan Bəşirlinin ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilir.