Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Eyvazov:Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır

30.10.2020 [19:20]

Xəbərin mətni

Ordumuz tərəfindən Bərdə və Tərtər şəhərlərinə raket hücumlarını həyata keçirən 3 ədəd “Smerç” yaylım atəşli reaktiv sistem məhv edilib.
AZƏRTAC xəbər verir ki, bunu brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.A.Eyvazov qeyd edib ki, Azərbaycan Ordusu daha 9 kəndi işğaldan azad edib. Hazırda cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır.