İQTİSADİYYAT


Məmməd Musayev: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin investisiya fondu yaradılır

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin investisiya fondu yaradılır.AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının noyabrın 2-də Bakıda keçirilən növbədənkənar iclasından sonra təşkil olunan brifinqdə deyib.