ELM VƏ TƏHSİL


Siyəzəndə 960 şagird yerlik dördmərtəbəli məktəb binası inşa olunur

Siyəzən şəhərində 960 şagird yerlik dördmərtəbəli məktəb binası inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mikayıl Müşfiq adına Siyəzən şəhər 2 saylı tam orta məktəb üçün yeni binan inşasına iyun ayından başlanılıb.
Dördmərtəbəli tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək.