Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin Gənclər Fondunun nümayəndə heyəti Gəncədə erməni vəhşiliyi ilə tanış olub

03.11.2020 [16:28]

Xəbərin mətni

Ölkəmizdə səfərdə olan Türkiyənin Gənclər Fondunun nümayəndə heyəti Gəncəyə səfər edib.AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.