Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin Tərtərə atdığı fosforlu mərmi zərərsizləşdirilib

03.11.2020 [20:15]

Xəbərin mətni

Ermənilərin Tərtərin Səhləbad kəndinə atdığı fosforlu mərmi zərərsizləşdirilib.AZƏRTAC xəbər verir ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməliyyat meneceri Mədət Məmmədov aşkarlanmış partlamamış mərminin daşınması mümkün olmadığı üçün yerində zərərsizləşdirildiyini deyib.