İQTİSADİYYAT


İnam Kərimov: İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı üçün Fəaliyyət Planının hazırlanmasına başlanılıb

Azərbaycanda dövlət dəstəyi ilə ilk aqrar sığorta müqaviləsinin imzalanmasına həsr olunmuş tədbir ölkəmizin tarixində hər zaman qürurla xatırlanacaq günlərə təsadüf edir. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə uğurlu əks-həmlə əməliyyatlarını davam etdirir.