İQTİSADİYYAT


Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqinə start verilib

Azərbaycanda dövlət dəstəyi ilə yaradılan aqrar sığorta mexanizmi rəsmi olaraq fəaliyyətə başlayıb. Noyabrın 4-də Aqrar Sığorta Fondunda Azərbaycanda dövlət dəstəyi ilə ilk sığorta müqaviləsinin imzalanmasına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndəsi Bekir Engürülü, Türkiyənin TARSİM kənd təsərrüfatı sığortaları təşkilatının rəhbəri Serpil Günal, Azərbaycan Mərkəzi Bankının, Aqrar Sığorta Fondunun rəsmiləri, fermer və sahibkarlar iştirak ediblər.