SİYASƏT


Anar Eyvazov: Hazırda qoşunlarımız döyüşləri tam üstünlüklə davam etdirir

Ötən sutka ərzində düşmənin bölmələri Ermənistanın Berd rayonu istiqamətindən Tovuz və Ağstafa rayonlarında yerləşən mövqelərimizi və cəbhənin müxtəlif istiqamətlərində ordumuzun digər mövqelərini, o cümlədən Ağdam, Ağcabədi, Tərtərdəki yaşayış məntəqələrimizi atıcı silahlardan, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 4-də Hərbi İnformasiya Mərkəzində keçirdiyi brifinqdə bildirib.