İQTİSADİYYAT


Şəhriyar-Kələxana avtomobil yolu yenidən qurulub

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 122-ci kilometrindən ayrılan Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi artıq yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 3 min əhalinin yaşadığı və iki yaşayış məntəqəsini birləşdirən Şəhriyar–Kələxana avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Layihə çərçivəsində ilkin mərhələdə marşrutboyu mövcud örtüyün sökülməsi və yeni yol yatağının inşası işləri aparılıb. İşlərin yekunlaşdığı ərazilərdə 12 santimetr qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.