Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biləsuvarda kiçikhəcmli yeni kombayn sınaqdan keçirilib

09.11.2020 [15:28]

Xəbərin mətni

Kənd Təsərrüfatı Nazirliyi kiçik pambıq təsərrüfatları üçün nəzərdən tutulan yeni kombaynların sınaq mərhələsinə start verib. Bu gün Biləsuvar rayonunda həmin texnika sınaq keçirilib.
AZƏRTAC xəbər verir ki, “Case New Holland Industrial” şirkəti ilə Aqroservis ASC-nin birgə təşəbbüsü və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yeni nəsil “Case” kombaynlarının sahələrdə sınaq yığımları başlayıb.