CƏMİYYƏT


Ağsuda bayraq yürüşü keçirilib

Noyabrın 9-da səhər saatlarında Ağsu şəhərinin küçələri izdihamlı idi. Dövlətçiliyin, müstəqilliyin simvolu olan Azərbaycanın və qardaş Türkiyənin dövlət bayraqları ilə bəzədilən yüzədək avtomobil, əllərində bayraqlar olan yüzlərlə gənc və yeniyetmə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən və bu gün təntənəli sürətdə qeyd olunan Bayraq Günü münasibətilə yürüşə çıxmışdılar. Bu gün ikiqat bayram idi. Dünən şanlı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düz iyirmi səkkiz il yarım bundan əvvəl ermənilər tərəfindən işğal edilən qədim Şuşa şəhərini azad edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır