İQTİSADİYYAT


İstanbuldakı sərgidə ölkəmiz “Qarabağ Azərbaycandır” stendi ilə təmsil olunur

Noyabrın 18-də İstanbulda “MUSİAD Expo 2020” sərgisi öz işinə başlayıb. Sərgidə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialı nümayiş edilir.AZƏRTAC xəbər verir ki, Azərbaycan sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendi ilə təmsil olunur. Stend Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidinin formasında dizayn edilib.