Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamın keçmiş cəbhəyanı kəndlərində pambıq yığımına başlanılıb

21.11.2020 [14:41]

Xəbərin mətni

Ağdam rayonunun noyabrın 20-dək təmas xətti hesab edilən ərazisində yerləşən Mirəşelli kəndində pambıq yığımı həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin Fermer Koordinasiya Şurasının üzvü, pambıqçı Eldar Qasımovun sahəsində birinci yığım zamanı orta məhsuldarlıq 40 sentnerdən çox olub.