İQTİSADİYYAT


Xarı bülbül, Xudafərin, Ağdərə adını daşıyan yerli sort taxıl toxumları yaradılıb

Beyləqanda yeni yaradılan taxıl sortlarının sınaq əkini və innovativ üsullarla səpin işlərinə start verilib. Maraqlı məqam isə sınaq üçün əkilən yeni sortların azad olunan ərazilərimizin adını daşımasıdır. Bu sortlar içində Ağdərə, Xarı bülbül, Xudafərin adlı toxumlar yer alır.
AZƏRTAC xəbər verir ki, Beyləqanda yeni yaradılan taxıl sortlarının sınaq əkininə və innovativ üsullarla taxıl səpininə başlanılıb. Həyata keçirilən işlər Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi Tədqiqat İnstitutu və Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşəbbüsü ilə gerçəkləşib.